Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Oqtay Qasımov: “Qazaxın 7 kəndi və Kərki kəndi hökmən Azərbaycana qaytarılacaq”

3 ay ago
A A
1670867305_yuxari-eskipara-2

“2020-ci ilin 10 noyabrında elan olunan üçtərəfli anlaşmanın ilkin mətnində məhz Qazax rayonunun 7, (Bağanis Ayrım, Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı, Barxudarlı, Sofulu – red.) o cümlədən də Naxçıvanın Kərki kəndinin Ermənistan Silahlı Qüvvələri tərəfindən boşaldılması və Azərbaycana təhvil verilməsi bəndi də yer almışdı”.

“Qərb Xəbər” bildirir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov söyləyib.

Politoloq Prezident İlham Əliyevin fransalı vəzifədaşı Emmanuel Makronla telefon danışığında Ermənistanın Azərbaycanın 8 kəndini işğal altında saxlaması barəsində səsləndirdiyi fikirlərə toxunub.

Analitik təəssüflənib ki, sonradan mətndən həmin cümlə çıxarıldı:

“Amma bütün hallarda həmin kəndlər Azərbaycan əraziləridir və onların işğal tarixi çox uzaq keçmişdə deyil, 1989-1992-ci illlərdə bu kəndlər işğal olunub. O torpaqlar Azərbaycanın beynəlxalq hüquqda tanınmış sərhədləri çərçivəsində olan ərazilərdir. Sadəcə olaraq, ermənilər nədən bu şərtlərə dirənib həmin kəndləri təslim etməyi ləngidirlər?”.

Siyasi şərhçinin zənnincə, həm Qazaxın 7, həm də Naxçıvanın Kərki kəndi olduqca strateji mövqelərdə yerləşən kəndlərdir:

“Kərki kəndi İrəvanı Zəngəzurla birləşdirən, eyni zamanda İrana gedən yolun üzərində yerləşir və respublika əhəmiyyətli yol birbaşa Kərkinin ərazisindən keçir. İkincisi, Qazaxın Bağanıs Ayrım və Aşağı Əskipara kəndləri isə Ermənistanı Gürcüstanla birləşdirən İrəvan-Tiflis avtomobil yolunun üzərində yerləşir. O baxımdan, həmin kəndlərin Azərbaycanın nəzarətinə keçməsi Ermənistanın onsuz da çıxılmaz olan durumunu bir az da çıxılmaz vəziyyətə salır, Ermənistan üçün olduqca ciddi və qeyri-əlverişsiz şərait yaradır. Buna görə də Ermənistan tərəfi mümkün qədər bu məsələləri uzatmağa çalışır və həmin kəndləri qaytarmaq istəmir”.

Müsahibimiz əlavə edib ki, sülh müqaviləsi ilə bağlı proses olduqca ləng gedir:

“Bunun da əsas səbəbi ondan ibarətdir ki, regionda maraqlı olan dövlətlər, xüsusilə də Fransa, İran və Rusiya bu prosesi ləngitməyə çalışırlar və etiraf etmək lazımdır ki, 2022-ci ilin sonunda buna xeyli dərəcədə nail oldular. Yəni ilin sonuna ehtimal olunan sülh müqaviləsinin imzalanması məsələsi baş tutmayacaq.

O kəndlərin geri qaytarılması məsələsinə gəldikdə, əminəm ki, işğal altında olan Azərbaycan kəndləri ölkəmizin suveren sərhədlərinə qayıdacaq. Mən buna əminəm”.

Son xəbərlər

1670569080

Geosiyasi güc mübarizəsinin başqa adı: “Dəhlizlər” və “Kənar qurşağı”

23 Mart 2023
maria zakharova- mariya zaxarova

Rəsmi Moskva Azərbaycan və Ermənistanı danışıqları bərpa etməyə çağırdı

23 Mart 2023
vladimir putin

Medvedev: “Putini həbs etmək Rusiyaya qarşı müharibə elan etməkdir”

23 Mart 2023
rd-bild-u-aqlar-aras-nda-z-rbaycan-dilind-kitablar-paylan-b-0-1679555074

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb

23 Mart 2023
ea9be361-2b5c-3129-939c-4bc7771c70cd_850

Azərbaycanlı deputat: “Fransa XİN başçısınnın gələcəyi varsa, görəcəyi də var”

23 Mart 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.