Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Onik Qasparyan: Müharibəyə hazırlıq və hərbi əməliyyatların aparılması ilə bağlı məsələlərin ictimai müzakirəsini yolverilməz hesab edib

3 ay ago
A A
55dd3ed3-12b3-3f66-b7a0-16babf65a21c_850

Ermənistan Ordusunun Baş Qərargahının keçmiş rəhbəri Onik Qasparyan Azərbaycanla 44 günlük müharibədən əvvəl ölkə ordusunun döyüş qabiliyyətinə dair fikirlər səsləndirdiyinə görə generalları qınayan baş nazir Nikol Paşinyana cavab verərək, hökumət başçısının yalanlarını ifşa edib.

Bu barədə “Qərb Xəbər” xarici mətbuata istinadən xəbər verir.

Ermənistan Ordusunun Baş Qərargahının keçmiş rəhbəri müharibəyə hazırlıq və hərbi əməliyyatların aparılması ilə bağlı məsələlərin ictimai müzakirəsini yolverilməz hesab edib. Onun sözlərinə görə, baş nazir təkcə Silahlı Qüvvələrin fəaliyyətini deyil, həm də bütün dövlət idarəetmə sisteminin fəaliyyətini təmsil etməli, müsbət və mənfi cəhətləri, habelə uğursuzluqların obyektiv və subyektiv səbəblərini qeyd etməlidir.

Qasparyan ordunun döyüş qabiliyyətini artırmaq üçün irəli sürdüyü təklifləri ətraflı sadalayıb.

O, xüsusilə qeyd edib ki, 2020-ci il iyulun 4-də Silahlı Qüvvələrin Baş Qərargahında baş nazirə və Milli Təhlükəsizlik Şurasının üzvlərinə hazırkı hərbi sahədə əlavə tədbirlərin görülməsinin zəruriliyi ilə bağlı hesabat təqdim edib.

“Mən təklif etdim ki, müharibənin qarşısını almaq üçün siyasi və diplomatik tədbirlər görsün və ya Xarici İşlər Nazirliyinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərlə (xüsusilə Rusiya ilə) və dost dövlətlərlə (İran və Gürcüstan) münasibətləri kəskin şəkildə yaxşılaşdırmağa yönəlmiş tədbirlər proqramı hazırlamağı tapşırsın”, – Baş Qərargahın keçmiş rəisi qeyd edib.

Qasparyan qeyd edib ki, 2020-ci il iyulun 10-da Milli Təhlükəsizlik Şurasının iclasında baş nazirə 2020-2024-cü illər üçün silah və hərbi texnikanın inkişafı üzrə dövlət proqramının layihəsi barədə məlumat verib. Layihəyə əsasən Silahlı Qüvvələr qarşısında qoyulan vəzifələri həll etmək üçün 8 milyard ABŞ dolları lazım idi.

“Təhlükəsizlik Şurasının 2020-ci il avqustun ikinci yarısında keçirilən iclasında mən Baş nazirə məlumat verdim ki, ümumi hava hücumundan müdafiə qruplaşmasının effektivliyi “zəif” kimi qiymətləndirilir, düşmənin idarəetmə sistemlərini effektiv şəkildə susdurmaq mümkün deyil. Məlumat verdim ki, – operativ rəhbərlik və məlumatların ötürülməsi baxımından kəşfiyyat orqanlarının imkanları zəifdir”, – Qasparyan bildirib.

“Pilotsuz Uçuş Aparatlarının sayının döyüş tapşırıqlarını yerinə yetirmək üçün kifayət etmədiyini bildirdim. Həmçinin Azərbaycan tərəfinin PUA-larına qarşı döyüşmək üçün hava hücumundan müdafiə və elektron döyüş texnikasına ehtiyac olduğunu qeyd etdim, ordunun ehtiyacları üçün lazımi pilotsuz uçuş aparatlarının sayını açıqladım”, – general vurğulayıb.

Qeyd edək ki, Nikol Paşinyan Azərbaycanla 44 günlük müharibədə məğlubiyyətə görə ordu rəhbərliyini qınayıb.

Son xəbərlər

1695099019_226303_cbj2hzlgr0

Rayonlarda hava dəyişəcək, duman olacaq

30 Sentyabr 2023
6517cdf3378156517cdf33781616960588676517cdf3378106517cdf337813

Şərafət Həsənov: “Azad olunmuş ərazilərdə indiyə qədər 500-ə yaxın şəxsin meyitinin qalıqları tapılıb”

30 Sentyabr 2023
indir (28)

Ermənistan hakimiyyəti ölkədə Rusiya telekanallarının bağlanması məsələsini müzakirə edir

30 Sentyabr 2023
be2d6ccd-4064-3a15-a9a0-34bc7f079c61_850

Azərbaycanın media nümayəndələri Cəbrayıldadır

30 Sentyabr 2023
images (2)

“Qarabağdakı Rusiya sülhməramlılarının taleyi sual altındadır” – Metyu Brayza

30 Sentyabr 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.