Parlament qarşısında “xarici təsir agentləri” haqqında qanun layihəsinə qarşı yenidən etiraz aksiyası başlayıb.
“Qərb Xəbər” xəbər verir ki, aksiya Gürcüstanın dövlət himninin səsləndirilməsi ilə start götürüb.
Aksiyada vətəndaş cəmiyyəti, siyasətçilər, sadə vətəndaşlar və mediya nümayəndələri iştirak edirlər.
Səhər saatlarından parlament ətrafına çox sayda polis qüvvələri də səfərbər edilib.
Məlumat üçün bildirək ki, büronun bugünkü iclasında “Xarici təsirlərin şəffaflığı” və “xarici təsir agenti” adlı qanun layihələrinin qəbulu planlaşdırılır.