İrəvan oktyabrda Bakı ilə sülh imzalamağa hazırdır”.
Qerbxeber.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün tanınması Ermənistan Konstitusiyasına uyğundur.
“Ermənistan bu ay Azərbaycanla sülh sazişi imzalamağa hazırdır və bu, ölkənin rəsmi mövqeyidir. Biz artıq razılaşdırılmış məqamların imzalanmasını və həll olunmamış məsələlərin müzakirəsini gələcəyə buraxmağı təklif edirik. Ermənistan və Azərbaycan əsas məsələlər üzrə qərarlar qəbul etməlidirlər. Ərazi bütövlüyünün qarşılıqlı tanınması, ərazi iddialarından imtina və gələcəkdə onları irəli sürməmək öhdəliyi barədə qərarlar olmalıdır. Bu prinsiplər, eləcə də güc tətbiq etməmək və bir-birinin daxili işlərinə qarışmamaq üzrə öhdəliklər artıq sülh müqaviləsi layihəsində razılaşdırılıb”, – deyə Paşinyan vurğulayıb.