Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Oğul yüksək vəzifədə çalışmış atasını niyə öldürüb? – Tovuzdakı cinayətin təfərrüatı

3 həftə ago
A A
tovuz

Tovuz rayonunda 1980-ci il təvəllüdlü Ceyhun Əliyev ov tüfəngi ilə atası 1947-ci il təvəllüdlü Qamət Əliyevi öldürüb.

“Qərb Xəbər” “Bizim.Media”-ya istinadən bildirir ki, hadisə bu il fevralın 14-də Tovuz rayonu Hunanlar kəndində baş verib.

İstintaq sənədlərinə görə, qətli törədən Ceyhun Əliyev anlaqsız vəziyyətdə olub. O, cinayət əməlini törətməzdən əvvəl və hadisə anında “şizofreniya paranoid forma” şəklində xroniki gedişli psixi xəstəlikdən əziyyət çəkib.  
Onun 20 ilə yaxındır ki, bu xəstəlikdən əziyyət çəkdiyi istintaq sənədlərində qeyd olunub. Bu səbəbdən anası Qamət onu ötən il məcbur Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” 1 saylı Ruhi-əsəb dispanserinə qoyub. Buna görə də onun atası ilə həmin vaxtdan etibarən aralarında mübahisə olub.

Ceyhun bu il fevralın 14-də atası Qamət Əliyevlə birlikdə Bakı şəhərindən Tovuz rayonu, Hunanlar kəndi ərazisində yerləşən evlərinə gəliblər. Həmin gün yenidən atası Qamətlə onun dispanserə yerləşdirilməsi ilə bağlı aralarında söz-söhbət olub.

Bu zaman onların arasında mübahisə yaranıb. Atasının sözlərindən Ceyhun qəzəblənib və qisas almaq niyyətilə onu öldürmək qərarına gəlib.

Bu məqsədlə Bakıdan özü ilə birlikdə gətirdiyi “Vinçester” tüfəngi götürüb və mətbəxə gəlib. O, atasına beş dəfə atəş açaraq onu öldürüb.

İstintaq orqanı tərəfindən Ceyhun Əliyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan eidlib.

Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Xəqani Səmədovun sədrliyi ilə baş tutan iclasda Ceyhun Əliyevin dindirilməsi mümkün olmayıb. Buna səbəb onun anlaqsız vəziyyətdə olması olub.
Məhkəmədə Ceyhun Əliyevin həyat yoldaşı onun qanuni nümayəndəsi qismində ifadə verib.

O bildirib ki, Ceyhunla 2013-cü ildə ailə həyatı qurub:

“Birgə nikahımızdan 2014-cü il təvəllüdlü Zeynəb və 2022-ci il təvəllüdlü Əkrəm adlı övladımız var. Qətlə yetirilən Qamət qayınatamdır. Biz Bakı şəhərində birlikdə yaşamışıq. Ceyhun heç bir yerdə işləməyib.

Nə siqaret çəkib, nə də spirtli içki qəbul edib. Biz Tovuz rayonunun Hunanlar kəndindən olduğumuz üçün həmin kənddə ata-baba yurdumuz var. Arada həmin evdə də yaşamışıq”.  

Ceyhun Əliyevin həyat yoldaşının sözlərinə görə, 2021-ci ilin avqustun 1-də Ceyhunu Maştağa qəsəbəsində yerləşən 1 saylı ruhi-əsəb dispanserinə yerləşdiriblər:

“Ceyhun 54 gün müddətində, yəni  24 sentyabr 2021-ci ilədək həmin dispanserdə müalicə aldı. Ceyhuna orada şizofreniya diaqnozu qoyuldu. Ceyhun həqiqətən də şizofreniya xəstəsi olub. Çox vaxt öz-özünə aidiyyəti olmayan şeylər danışıb. Hamıdan şübhələnib, bəzən isə günlərlə yemək yeməyib”.

Ceyhunun həyat yoldaşı daha sonra ifadəsində qeyd edib ki, qayınatası Ceyhunu həmin dispanserə məcburi yerləşdirdiyi üçün atası ilə hər dəfə bunun üstündə mübahisə edib:

“Hadisədən 3-4 gün əvvəl qayınatam Ceyhunla kəndə gedib, bağ sahələrini sulayacaqlarını bildirdi. Fevralın 14-də qayınatam və ərim Ceyhun rayona getdilər. Həmin ərəfədə övladım təzə olduğundan Bakı şəhərində uşaqlarım ilə qaldım.

Ceyhunun bibisi qızı Bəsti də Bakı şəhərində olduğu üçün o da ərimgillə birlikdə rayona getdi. Həmin gün saat 21 radələrində qaynım Elşad mənə zəng etdi. Ceyhunun qaynatamı öldürdüyünü dedi”.

Məhkəmənin hökmü ilə Ceyhun Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən azad edilib. Onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilib.  
Qərarın icrası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya xəstəxanasına tapşırılıb.

Qətlə yetirilən Qamət Əliyev uzun müddət Bakı şəhərində “Avtobaza”nın, “Taksi Park”ın və Təchizat idarəsinin müdiri vəzifələrində çalışıb. 

Onun iki oğlu və bir qızı var.

Eldar Məmmədli, Bizim.Media

Son xəbərlər

347c4660-611c-304e-a5e4-931d9cb4d87b

Laçının Azərbaycana qaytarılması gecikmiş hadisədir – Politoloq

11 Avqust 2022
6e656ef6-b6df-472a-9b83-78e434ad3021_850

Məktəbəhazırlıq qrupları üzrə tətil günləri açıqlanıb

11 Avqust 2022
62f4c0ecb893762f4c0ecb8938166020734062f4c0ecb893462f4c0ecb8935

Prezidentin Gədəbəyə təyin etdiyi gənc icra başçısı kimdir?

11 Avqust 2022
yagody

İnsanı xərçəngdən və sonsuzluqdan qoruyan avqust giləmeyvələri

11 Avqust 2022
hava

Sabah rayonlarda 40 dərəcə isti olacaq

11 Avqust 2022
logo-footer-ag

Saytımız 2018-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology
  • +994504089711
  • +994222955493
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.