Dünya

Odessaya kütləvi dron hücumu olub

22 aprel / 09:00 1 dəq
Indir 2025 04 22t085922.695
22 aprel / 09:00
Burada sizin reklamınız ola bilər

Rusiya Ordusu aprelin 21-nə keçən gecə Ukraynanın Odessa şəhərinə “Shahed” tipli kamikadze dronlarla kütləvi hücum təşkil edib, şəhər sakinləri bir neçə partlayış səsləri eşitdiklərini bildirirlər.

Qerbxeber.comUnian“a istinadən xəbər verir ki, hücumdan əvvəl bəzi monitorinq kanalları şəhər sakinlərinə — xüsusilə şəxsi nəqliyyatı olanlara — Odessanı təcili tərk etməyi tövsiyə edib.

Qısa müddət sonra partlayış səsləri eşidilib və pilotsuz uçuş aparatlarının yaşayış binalarının üzərində uçduğu bildirilir.

Şəhərdə yanğınlar baş verib, tüstü və alov müşahidə olunur. Sosial şəbəkələrdə partlayış anlarını əks etdirən görüntülər yayılıb.

Hücum nəticəsində bir neçə yaşayış binasının zədələndiyi qeyd olunur.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı