Norveç krallığın 2024-cü il büdcəsindən Kiyevə 7 milyard kron (632 milyon dollar) məbləğində əlavə yardım göndərəcək.
Qerbxeber.com “Reuters“ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Yonas Qar Störe məlumat yayıb.
Onun sözlərinə görə, ayrılan məbləğdən 6 milyard kron (540 milyon dollar) Ukraynaya hərbi yardım göndərmək üçün istifadə olunacaq.
Qalan vəsait humanitar və vətəndaş proqramlarının maliyyələşdirilməsinə yönəldiləcək.