Son Xəbərlər
<span class="qxh-important"><span class="qxh-updating">YENİLƏNİR</span> Dünyanın ən dəyərli komandalarının siyahısı açıqlanıb</span> Lavrov Rubio ilə ABŞ və Rusiya arasındakı razılaşmaların həyata keçirilməsini müzakirə edib “Atletik” – “Qarabağ” oyununu idarə edəcək hakim müəyyənləşib Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanda dövlət səfərindədir Zelenski: Rusiyanın müharibədən qalib çıxmasına imkan verməyəcəyik Ərdoğan ŞKTR-nın yeni seçilmiş Prezidentini təbrik edib Ermənilər II Qaraginin müdafiəsinə qalxdılar Tramp: Rusiya-Ukrayna müharibəsi Kiyevin ərazi itkisi ilə başa çatacaq Mirzoyandan Türkiyə ilə bağlı açıqlama Rumıniya XİN-dən Azərbaycanla bağlı açıqlama <span class="qxh-important"><span class="qxh-updating">YENİLƏNİR</span> Dünyanın ən dəyərli komandalarının siyahısı açıqlanıb</span> Lavrov Rubio ilə ABŞ və Rusiya arasındakı razılaşmaların həyata keçirilməsini müzakirə edib “Atletik” – “Qarabağ” oyununu idarə edəcək hakim müəyyənləşib Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanda dövlət səfərindədir Zelenski: Rusiyanın müharibədən qalib çıxmasına imkan verməyəcəyik Ərdoğan ŞKTR-nın yeni seçilmiş Prezidentini təbrik edib Ermənilər II Qaraginin müdafiəsinə qalxdılar Tramp: Rusiya-Ukrayna müharibəsi Kiyevin ərazi itkisi ilə başa çatacaq Mirzoyandan Türkiyə ilə bağlı açıqlama Rumıniya XİN-dən Azərbaycanla bağlı açıqlama
Dünya

Netanyahu: “Qəzzada atəşkəs olmayacaq”

7 noyabr / 09:05 2 dəq
31d40a4f 6f9c 3ba7 9b50 d846493658be
7 noyabr / 09:05
Burada sizin reklamınız ola bilər

“Qəzzada atəşkəs olmayacaq”.

“Qərb Xəbər” in məlumatına görə, bunu İsrailin Baş naziri Binyamin Netanyahu ABC televiziyasına müsahibəsində deyib.

“Girovlarımızı azad etmədən Qəzzada atəşkəs olmayacaq. Qısa taktiki fasilələrə gəlincə, burada bir saat, orada bir saat, məncə, onlara humanitar yükləri və ya ayrı-ayrı girovları buraxmaq üçün əvvəllər imkanımız olub. Amma mən ümumi atəşkəsin olacağını düşünmürəm”, – o deyib.

Onun sözlərinə görə, bu, İsrailin hərbi səylərinə mane olacaq.

Baş nazir əlavə edib ki, Qəzzada atəşkəs İsrailin girovları azad etmək səylərinə də mane olacaq, çünki “HƏMAS-dakı bu cinayətkarlara qarşı işləyən yeganə şey İsrail tərəfindən tətbiq edilən hərbi təzyiqdir”.

Xatırladaq ki, oktyabrın 7-də Qəzzada yerləşən HƏMAS radikal qruplaşması İsrailə hücum edib. Son məlumata görə, 1,4 min nəfərdən çox insan hücumun qurbanı olub. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri HƏMAS-a qarşı hərbi əməliyyata başlayıb. Hərbi əməliyyatlar zamanı anklavda 10 mindən çox insan həlak olub. İsrail ordusunun məlumatına görə, hazırda 240-dan çox insan HƏMAS-ın əsirliyindədir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı