Dünya

Netanyahu Fələstin dövlətinin yaradılması ideyasına qarşıdır

19 yanvar / 08:40 1 dəq
D2873c9255b4aba86bb1a84b36d34b79netanyu jpg
19 yanvar / 08:40
Burada sizin reklamınız ola bilər

“Qəzza zolağında əməliyyat başa çatdıqdan sonra Fələstin dövlətinin yaradılmasını mümkün hesab etmirəm və bu mövqeyimi ABŞ-a izah etmişəm”.

“Qərb Xəbər” məlumat verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu mətbuat konfransında bildirib.

“İstənilən gələcək razılaşmaya görə, İsrail İordan çayının qərbindəki bütün ərazilərə təhlükəsizlik nəzarətinin olmasını istəyir. Bu, suverenlik ideyasına ziddir. Bəs biz nə edə bilərik? Baş nazirin dostlarımıza yox deyə bilməsi lazımdır”, – deyə o, vurğulayıb.

Netanyahu belə bir siyasətin İsrailin ərəb dövlətləri ilə münasibətləri yaxşılaşdırmaqda davam etməsinə mane olmayacağını qeyd edib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı