NATO müdafiə üçün qoşun, hava hücumundan müdafiə, raket və sursat çatışmazlığı olduğunu elan edib
Qerbxeber.com “Reuters“ə istinadən xəbər verir ki, alyans təcili diqqət edilməsi lazım olan altı sahədə müdafiə ilə bağlı problemləri müəyyən edib.
Alyans hazırda təcili problemlərin həlli üçün planlar hazırlayır.
Nəşr bildirir ki, bu sahələrə hava hücumundan müdafiə vasitələrinin, uzaqmənzilli raketlərin, qoşunların sayının, döyüş sursatlarının, eləcə də maddi-texniki təchizatın və döyüş meydanında təhlükəsizlik kommunikasiyalarının kifayət qədər olmaması daxildir.