NATO üzvü olan 32 ölkədən 23-ü 2024-cü ildə hərbi xərclərini ÜDM-in 2 %-nə qədər artırıb, alyansın ümumi hərbi xərcləri keçən illə müqayisədə 18 % artacaq.
Qerbxeber.com məlumatına görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq ABŞ Prezidenti Co Baydenlə görüşündə deyib.
“Bu gün hərbi xərclərlə bağlı yeni rəqəmlər dərc edə bildik. Avropa və Kanadadan olan NATO ölkələri hərbi xərclərini 18 % artırıb və bu gün 23 ölkə ÜDM-in 2 %-nə çatıb”, – Stoltenberq bildirib.
O vurğulayıb ki, bu, NATO-nun hərbi xərclərinin son onilliklərdəki ən böyük artımıdır və ABŞ üçün yaxşıdır, çünki pulun üçdə ikisi Birləşmiş Ştatlardakı hərbi sifarişlərə gedir.