NATO-nun Ukraynaya dəstək verməsi getdikcə çətinləşir, lakin alyans yardımı kəsmək niyyətində deyil.
“Qərb Xəbər” Publika.az -a istinadən xəbər verir ki, bunu NATO baş katibinin köməkçisi David van Viel deyib .
“Müharibə nə qədər uzun sürərsə, yardım göstərmək bir o qədər çətin olacaq, lakin döyüşən ukraynalılar üçün vəziyyət daha da çətindir. Ona görə də yardımı davam etdirmək lazımdır”, – deyə van Viel bildirib.
O həmçinin vurğulayıb ki, alyans nöqteyi-nəzərindən Kiyev “eyni zamanda bizim üçün mübarizə aparır”. Onun fikrincə, yardımın dayandırılması “beynəlxalq təhlükəsizliyə zərbə” olardı.
Qeyd edək ki, daha əvvəl NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen Ukraynanın yeni sərhədlər daxilində, itirilmiş ərazilər olmadan, yəni Krım və Donbass olmadan alyansa qəbul edilməsini təklif edib.