Bu gün düşmən istədiyini edir, bizi evimizdə öldürür, biz isə özümüzü müdafiə edirik.
Qerbxeber.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Almaniya kansleri Olaf Şoltsla keçirilən mətbuat konfransında deyib.
“Bu günə qədər planlarımız dəyişməyib. Əlbəttə, biz çox istəyirik ki, güclü olaq və 2025-də bu güclə müharibəni bitirək”, – Zelenski qeyd edib.