Missiya tamamlanmayana qədər İsrail dövləti Qəzzada əməliyyatları dayandırmayacaq.
“Qərb Xəbər” “The Jerusalem Post”a istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Gallant ABŞ-ın Yaxın Şərq üzrə xüsusi koordinatoru Brett McGurk ilə görüşündə deyib.
“İsrail dövləti qoşunlarımız öz missiyalarını yerinə yetirənə qədər – HAMAS-ı məhv edənə və girovlarımızı ailələrinə qaytarana qədər Qəzzada əməliyyatlarını dayandırmayacaq”, – Gallant deyib.