Yaxın vaxtlarda Rusiya, Türkiyə, İran və Suriya xarici işlər nazirləri müavinlərinin görüşü keçiriləcək.
“Qərb Xəbər” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib.
O bildirib ki, Moskva bu görüşə hazırdır: “Düşünürəm ki, bu, tezliklə olacaq”.
Qeyd edək ki, nazir müavinlərinin martın 15-16-da Moskvada görüşməsi nəzərdə tutulmuşdu. Amma sonradan bu görüş təxirə salındı