Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Aqil Səmədbəyli: “Molla rejimi hər gün bir neçə soydaşımızı edam edir”

Minlərlə insan da həbsdə edamını gözləyir

3 ay ago
A A
indir - 2022-12-12T141810.661

İranda gedən proseslər, hadisələrin inkişafı, ölkənin gələcək taleyi ilə bağlı qaranlıq qalan suallara aydınlıq gətirmək üçün “Qərb Xəbər“in suallarını cavablandıran politoloq Aqil Səmədbəyli Güney Azərbaycandakı siyasi təşkilatlanmanın yox dərəcəsində olduğunu bildirib.

1484130944

– Sepah qoşunlarının Cənubi Azərbaycan küçələrinə yerləşdirilməsi gələcəkdə daha böyük meydan toqquşmalarının olacağına işarədirmi ?

“SEPAH qoşunlarının Azərbaycanın güneyinə yerləşdirilməsi Azərbaycanın gələcəyi üçün böyük təhlükədir. İranda iki ordu var. Biri İran İslam Cumhuriyyətinin ordusudur. Biri də dini liderin ordusudur. SEPAH dini liderə bağlı qüvvədir və çox acımasız, insanları Allah adına öldürən, asan, işgəncə verən bir qatillər ordusudur. Ona görə də bu qüvvələrin Azərbaycan ərazilərinə yerləşdirilməsi gələcəkdə daha böyük itkilərə səbəb olacaq. Əslində əvvəlcədən yerləşdirilməməsi üçün lazımi addımlar atıla bilərdi. Təəssüflər olsun ki, istər dünya birliyi tərəfindən, istər Türk Dövlətləri Təşkilatı tərəfindən İrana qarşı effektiv addımlar atılmır”.

screenshot_1

 

– Bakıda Güney Azərbaycan keçici milli məclisi yaradılması Güney Azərbaycan ideyasına zərbə vuracaqmı ?

“Keçici milli məclisin hazırlanması son dərəcə uğursuz başladı. Güney Azərbaycanın azadlığı üçün uzun illərdir mübarizə aparan soydaşlarımız var. İdeyasına, əqidəsinə inandığımız insanlar var. O insanlar kənarda qalıb. Altyapısı hazır olmadan, ciddi bir tərkib müəyyən olunmadan belə bir məsələni ortaya atdılar. Təəssüflər olsun ki, ilkin addımları da uğursuz oldu. Xalq içərisində çox böyük etimadsızlıq yarandı. Hesab edirəm ki, Güney Azərbaycan keçici milli məclisinin bu şəkildə, şəxsi mənafeyə endirmək niyyəti ilə yaradılması bu ideyaya bir zərbə idi”.

819361ae-8157-335e-9ebf-8727fd3ef006

– Hazırkı durumda İranda baş verən hadisələrin fonunda Güney Azərbaycandakı siyasi təşkilatlanmanın durumu necədir ?

“Hazırki mərhələdə Güney Azərbaycanda çox təəssüflər olsun ki, siyasi təşkilatlanma yox dərəcəsindədir. Uzun illərdir biz bunu deyirik. Sağlığında sevgili liderimiz Əbülfəz Elçibəy deyirdi ki, Güney Azərbaycanın azadlığına hazırlanmaq lazımdır. Onlar ayağa qalxanda biz onlara kömək edək. Azərbaycanda Elçibəydən sonra güneylilərin qalmasına hakimiyyət təssüf ki, imkan vermədi, onların fəaliyyətinə şərait yaratmadı. Daha sonra bütün siyasi fəallar Bakını tərk etmək məcburiyyətində qaldılar. İçəridə də siyasi təşkilatlanmaya teokratik rejim əngəl olur. Bu baxımdan güneydəki soydaşlarımızın əksəriyyətinin qəbul edə biləcəyi Abbas Lisanini də həbsə atdılar. Onu da zərərsizləşdirdilər. Əmani qardaşlarını qəza ilə öldürdülər. Liderlik edə biləcək bir çox soydaşımızı fars molla rejimi ortadan götürdü. Ondan sonra soydaşlarımız sadəcə milli-mədəni tədbirlər ilə bir araya gəlirdilər. Ancaq bu siyasi təşkilatlanma üçün yetərli deyil. Xaricdə olan soydaşlarımıza da deyirdik ki, bir araya gəlin. Mərkəzi təşkilat olsun. Orada hərəkat başlayanda vahid bir yerdən idarə imkanı olsun. Xaricdə olan güneyli qardaşlarımızın hərəsinin öz kiçik təşkilatları var. Amma, hamının qəbul edə biləcəyi ortaq bir lider yoxdur. Bu mənada hazırda çox böyük bir boşluq var. Siyasi təşkilatlanma baxımından güneydəki hərəkat çox zəif vəziyyətdədir. Bu da öz təsirini göstərir”.

1667637449_4e9956de-b5b2-3c0e-b9e1-a4e99a65122a

– Sizcə İranda baş verən hadisələr fonunda Azərbaycan və Türkiyədə İrana yönəlik aparılan siyasət qənaətbəxşdirmi ?

“Azərbaycanda İlham Əliyev bir neçə söyləmdən başqa, keçici milli məclisin Azərbaycana gətirilməsi və onlarla görüşlərin keçirilməsindən başqa hər hansı ciddi tədbir yoxdur. Ayrı-ayrı kiçik təşkilatların keçirdiyi tədbirlərin isə İrana heç bir təsiri yoxdur. İrandakı məsələ birbaşa beynəlxalq hüquq məsələsidir. Dünyanın siyasi müstəvisinə daşınmalıdır. İran cərrahiyyə masasına yatırılmalıdır. Amma, bununla bağlı nə İlham Əliyevin, nə də Ərdoğanın hər hansı təşəbbüsünü mən görmürəm. Gizlində bəlkə nəsə edirlər. Amma aşkarda belə bir şey yoxdur. İrandakı soydaşlarımızın yavaş-yavaş edam prosesini izləyirik. Bununla bağlı hələki heç kimin bir etirazı və ya açıqlaması yoxdur. Atılması gərəkən addımlar olmalı idi. Azərbaycanda və Türkiyədə milyonlarla insan küçələrə tökülməli idi, oradakı hərəkata dəstək verməli idi. Ancaq bunlar olmadı. Təbii ki, mən Türkiyəni başa düşürəm. Türkiyənin hər tərəfi düşmənlərlə əhatəlidi. Azərbaycan da çox vaxt Türkiyəsiz addım ata bilmir. Ancaq İranla bağlı məsələyə fərqli yanaşılmalı idi. İranda 50 milyon soydaşımız var. İran türklərin dövlətidir. 1925 -ci ildə əlimizdən alıblar. 12-13 milyon farsa qarşı bu qədər zəif reaksiya məncə yetərsizdir. Bundan cəsarət alan faşist molla rejimi hər gün bir neçə soydaşımızı edam edir. Minlərlə insan da həbsdə edamını gözləyir”.

azerbaycan-ve-iran

– Bu hadisələr fonunda həm Azərbaycanda, həm Türkiyədə fəallaşan turançı qüvvələr müxtəlif bəyanatlar səsləndirirlər. Bu bəyanatlarda emosiya və pafos üstünlük təşkil edir. Təəssüf ki, proseslərə rasional və proqramlı yanaşma görünmür. Sizcə Rusiya, İran və Çin imperiyalarının kəsişməsində mövcud olan türk coğrafiyasının daha da gücləndirilməsinə və qərbin aparıcı dövlətlərinin bu ideyanı dəsdəkləməsi üçün hansı işlər görülməlidir ?

“Hər zaman olduğu kimi bu məsələdən də Azərbaycanda siyasət dəllalları və dələduzlar daha çox istifadə edirlər. Yəni pafos üstünlük təşkil edir. Qeyri-səmimi, saxtakar insanları verirlər qabağa. Bu məsələyə ömrünü vermiş, bu məsələ ilə bağlı fikir sahibi olan insanlar kənarda qalıb. İran məsələsində Azərbaycanın bir nömrəli mütəxəssisi saya biləcəyimiz Əli Şamil ortalarda görünmür. Amma, televizyalarda şoumenlər İranla bağlı boş-boş danışırlar. Bu da ümumi davaya, müqəddəs davamıza zərər verir. Mövcud hakimiyyətin bu məsələdə səmimiliyinə şübhə ilə yanaşıram. Çünki, orada türkləri edam edirlər, öldürürlər. Lakin bununla bağlı Azərbaycan hokuməti heç bir fikir bildirməyib”.

N1pErVUYyeRJxZT3JArW

– Güneydə və İranın digər yerlərində yaşayan türklər arasında İranın liberallaşması və demokratikləşməsi ideyasını, yoxsa İranın parçalanması və bir neçə milli dövlətin yaranması ideyasımı üstündür ?

“İranın məsələsi ilk növbədə insan haqları müstəvisində dəyərləndirilməlidir. Orada yaşayan bütün xalqlar rəsmən həbsxana şəraitində yaşayırlar. İnsanları öz etirazını bildirdiyi üçün Allah adına asırlar. Belə bir zülm dünyanın heç bir yerində yoxdur. Bir Çində insanları kütləvi məhv etmək siyasəti aparılır, bir də İranda. Öz vətəndaşını heç bir haqlı səbəb olmadan, sırf etiraz etdiyi üçün asırlar. Bu məsələ insan hüqüqları çərçivəsində dünya müstəvisinə yüksək səslə gətirilməlidir. Azərbaycanın hüquqi olaraq haqqı var ki, İranda referendumun təşkil edilməsini təklif etsin. Beynəlxal təşkilatlar da bu referendum üçün lazımı tədbirləri görsün. Çünki, oradakı soydaşlarmızın say baxımından, dil birliyi baxımından, kültür birliyi baxımından belə bir haqları var. Oradakı türklərin müstəqilliyi ilə bağlı öz iradələrini bildirməsi barədə dünya müstəvisinə bu məsələni çıxarmaq olar. Ancaq, bununla bağlı da bu günə qədər heç bir təşəbbüs olunmayıb. Azərbaycanın güneyindəki türklərdən başqa 10 milyon da türk var. Azərbaycan bir dövlət olaraq həm də o türkləri öz soydaşları hesab etməli və onlara da sahib çıxmalıdır. 50 milyon türkün taleyi bütöv götürülməlidir”.

Rahib İsgəndərli

Son xəbərlər

mq2

Qazaxda qədim nağara musiqi alətini hazırlayan və yaşadan ailə

25 Mart 2023
iran ordu

“Tehran Ermənistana ordusunu yerləşdirmək fikrindədir” – Ekspert

25 Mart 2023
sərhəd

Qazaxda sərhədi pozanlar saxlanılıb

25 Mart 2023
FotoJet (16) (2)

Şəmkir sakini: “Evin bütün mebelləri, divarları silkələndi” – Video

25 Mart 2023
f224f425-d5d1-3d12-9693-e5d9ac809fed_850

“Qarabağ” – “Qalatasaray” matçı ilə bağlı Bakı metropoliteni iş rejimində dəyişikliklər edəcək

25 Mart 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.