Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Moldova Parlamentinin başçısı azad olunmuş ərazilərə səfər edəcək – Tarixi addım

12 ay ago
A A
grosu-gafarova

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Moldova Respublikası Parlamentinin sədri İqor Qrosu ilə görüşüb.

“Qərb Xəbər” məlumat verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Sahibə Qafarova qonağın Azərbaycana ilk rəsmi səfərinin uğurlu olacağına inamını ifadə edib.

Milli Məclisin sədri iki ölkənin müstəqillik yolu və tarixinə nəzər salaraq, müstəqillik dövründə Azərbaycanla Moldova arasında diplomatik əlaqələrin qurulmasından, hökumətlərarası birgə komissiyanın fəaliyyətindən, siyasi və iqtisadi münasibətlərin inkişafından söz açıb. Spiker bildirib ki, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımız uğurla davam edir və bu qurumlarda deputatlarımız bir-birinə qarşılıqlı dəstək verirlər.

Söhbət zamanı Sahibə Qafarova Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər barədə geniş məlumat verib. O, Moldova parlament sədrinin başçılıq etdiyi nümayəndə heyətinin işğaldan azad olunmuş ərazilərimizə səfər edəcəyini xatırladaraq qeyd edib ki, nümayəndə heyəti səfər zamanı həm Ermənistanın işğalçılıq siyasətinin faciəvi nəticələrini, həm də Azərbaycan tərəfindən həyata keçirilən böyük quruculuq və yenidənqurma işlərini öz gözləri ilə görəcək. Söhbət zamanı Milli Məclisin sədri Qarabağın tezliklə Azərbaycanın ən çiçəklənən guşələrindən birinə çevriləcəyinə əminliyini ifadə edib.

Görüşdə Moldova Parlamentinin sədri İqor Qrosu ötən il Afinada Avropa Parlament Sədrlərinin Konfransı çərçivəsində Milli Məclisin sədri ilə görüşünü xatırlayaraq, Moldovanın Azərbaycanla çoxtərəfli əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu il iki ölkə arasında diplomatik əlaqələrin yaradılmasının 30 ili tamam olur və bu amil münasibətlərimizdə yeni yüksəliş üçün yaxşı platformadır.

O, ölkəsinin hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyəcəyini vurğulayıb. İqor Qrosu ölkəmizin işğaldan azad olunmuş ərazilərimizdə apardığı bərpa və quruculuq işləri barədə məlumatlı olduğunu vurğulayaraq, həmin ərazilərə nəzərdə tutulan səfərin həyata keçirilən layihələrlə tanış olmaq üçün yaxşı imkan yaradacağını bildirib. Moldova parlamentinin sədri həmçinin Azərbaycanın qlobal pandemiyaya qarşı mübarizədə ölkəsinə göstərdiyi yardıma görə minnətdarlığını ifadə edib.

İqor Qrosu ölkələrimiz arasında parlamentlərarası əməkdaşlığın genişləndirilməsinin vacibliyindən danışıb, Moldovadakı Azərbaycan diasporunun fəallığını təqdir edib. Bildirib ki, Moldova Avropa İttifaqı sərhədində yerləşən dövlət kimi əlverişli mövqeyə malikdir və ölkədə birgə layihələri reallaşdırmaq üçün yaxşı imkanlar var.

Sonra görüşdə tərəfləri maraqlandıran digər məsələlər müzakirə olunub.

qerbxeber.com

Son xəbərlər

1675944220_1

Bu ərzaqlara vurulan “ÇİN DUZU” asılılıq yaradır

09 Fevral 2023
movlud cavusoglu

Mövlud Çavuşoğlu: “İndi ən çox çadıra ehtiyacımız var”

09 Fevral 2023
bayden

Bayden: “Putin artıq Ukraynanı itirib, daha heç nə edə bilməz”

09 Fevral 2023
zelzele

ABŞ seysmoloqu: “Türkiyədə baş verən zəlzələlər Azərbaycana təsir etməyəcək”

09 Fevral 2023
63e4db1317be663e4db1317be7167594267563e4db1317be163e4db1317be4

Şuşada UNESCO Milli Komissiyalarının toplantısı keçiriləcək

09 Fevral 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.