“Çinin yüksəlişi və Rusiyanın revanşizmi ciddi geosiyasi çağırışdır”.
Qerbxeber.com bildirir ki, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Berns deyib.
O bildirib ki, müasir texnologiyalar, mikroçiplərdən süni intellektə və kvant hesablamalarına qədər olan yeniliklər dünyanı dəyişdirir:
“Bütün bunlar MKİ-nin də işini çətinləşdirir, düşmənlərə bizi çaşdırmaq üçün güclü əsaslar verir”.
Onun sözlərinə görə, “Soyuq müharibə”dən sonrakı dövr Rusiyanın 2022-ci ilin fevralında Ukraynan ərazilərini işğal etməsi ilə başa çatıb:
“Belə bir mühitdə Putin yenidən nüvə raketlərini tıqqıldatmağa başlaya bilər. Ona görə də eskalasiya risklərini tamamilə rədd etmək axmaqlıq olar. Hərçənd uğurun açarı Qərbin Ukraynaya yardımını davam etdirməkdir. Çünki ciddi danışıqlar mümkünləşsə, silah tədarükü Ukraynanın daha yaxşı vəziyyətdə olmasını təmin edəcək. Bu, Ukraynanın uzunmüddətli qələbəsini, Rusiyanın isə strateji itkisini təmin etmək üçün şans verir. Əgər Birləşmiş Ştatlar indiki kritik anda münaqişədən çəkilib Ukraynaya dəstəyi dayandırsaydı, Rusiya öz tarixi məqsədlərinə çatmış olardı”.
Globalinfo.az