“Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsi Gürcüstanın Avropa İttifaqı (Aİ) istəklərinə uyğun gəlmir”.
Qerbxeber.com xəbər verir ki, bunu Aİ Şurasının Prezidenti Şarl Mişel “X” platformasında qeyd edib.
O, gürcü xalqının Avropa yolunu seçdiyini və bunun qarşılığında Avropa Şurasının Gürcüstana namizəd statusu verdiyini bildirib:
“Qoy açıq deyim. “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsi Gürcüstanın Aİ istəyi və üzvlük trayektoriyasına uyğun gəlmir və Gürcüstanı Aİ-yə yaxınlaşdırmayacaq, daha da uzaqlaşdıracaq”, – deyə Şarl Mişel qeyd edib.