Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün Gürcüstana rəsmi səfərə yollanır.
“Qərb Xəbər” məlumat verir ki, bu barədə məlumatı Ermənistan XİN-in mətbuat katibi Vaan Unanyan açıqlayıb.
Mirzoyan səfəri çərçivəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, eləcə də gürcü həmkarı David Zalkaliani ilə görüşlər keçirəcək. / “Sputnik Ermənistan”