Images (81)
PKK özünü ləğv etdi
John bolton 900x600
Rusiya Trampla şanşlarını həddən artıq sınayır-Con Bolton
Tramp
Prezident Tramp Yaxın Şərq turuna çıxır
Erdogan putin 1
Ərdoğan Putinə Türkiyənin Rusiya və Ukrayna arasında sülh danışıqlarına vasitəçilik etməyə hazır olduğunu bildirib
Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Milli Məclisin yaz sessiyasında bunlar müzakirə olunub

6 il ago
A A
Millimeclis1 475

Xəbər verildiyi kimi, Milli Məclisin (MM) 2019-cu il yaz sessiyası 31 may tarixli son iclası ilə öz işini yekunlaşdırıb.

Bəs, yaz sessiyası nələrlə yadda qalıb?

Bu ilin fevral ayının 1-də öz işinə start verən yaz sessiyası boyunca MM-in 12 plenar iclası keçirilib.

Yaz sessiyasının ilk açılış iclasında 38 qanun layihəsi gündəliyə salınıb və müzakirədən keçirilib.

Həmçinin, ilk iclasda yaz sessiyasının qanunvericilik işləri planı təsdiqlənib.

Yaz sessiyasının ikinci iclası fevral ayının 12-də keçirilib.

İclasda 32 məsələ, o cümlədən, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında Ədliyyə nazirinin birinci müavini, general Vilayət Zahirovun hesabatı dinlənilib, təsdiqlənib.

Yaz sessiyasının 3-cü iclası fevralın 19-da baş tutub və iclasda 27 məsələ, o cümlədən, “Ümumi təhsil haqqında” yeni qanun layihəsi ikinci oxunuşda müzakirədən keçirilərək, qəbul olunub.

Mart ayında yaz sessiyasının növbəti üç plenar iclası keçirilib.

İlk iclas martın 5-də olub.

İclasda 18 məsələ, o cümlədən Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi haqqında Ombudsman Elmira Süleymanovanın hesabatı dinlənilib, təsdiqlənib.

Yaz sessiyasının 5-ci iclası martın 15-də baş tutub və ənənəvi olaraq, bu iclasda tək bir məsələ-Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatı barədə baş nazir Novruz Məmmədovun illik məruzəsi dinlənilib.

Qeyd edək ki, bu, N. Məmmədovun baş nazir kimi parlamentdə ilk hesabatı olub.

Martda sonuncu – altıncı iclas ayın 29-da keçirilib.

Millət vəkilləri 25 məsələni, o cümlədən, “Mediasiya haqqında” yeni qanun layihəsini müzakirə və qəbul ediblər.

Qeyd edək ki, “Mediasiya haqqında” qanun cəmi bir oxunuşda qəbul olunub.

Aprel ayında yaz sessiyasının cəmi iki iclası keçirilib – ayın 9-u və 23-də.

9 aprel tarixli iclasda millət vəkilləri 19 məsələni, həmçinin, Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı haqqında Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun illik məruzəsini dinləyib, müzakirə edib və təsdiqləyiblər.

23 aprel tarixli iclasda deputatlar 19 məsələni, o cümlədən, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurası üzvlərinin seçilməsi haqqında məsələni müzakirə ediblər.

Həmin iclasda İTV-nin Yayım Şurasının boş qalan yerlərinə üç yeni üz seçilib.

Yaz sessiyasının son 4 iclası isə may ayında keçirilib.

May ayının 3-də keçirilən plenar iclasın gündəliyinə 22 məsələ daxil edilib və müzakirədən keçirilib.

Həmin iclasda Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun – Daxili işlər nazirinin birinci müavini, general Vilayət Eyvazovun 2018-ci il üzrə illik məlumatı dinlənilib və təsdiqlənib.

Mayın 17-də yaz sessiyasının 10-cu iclasında 18 məsələ müzakirədən keçirilib.

Mayın 30 və 31-i tarixlərində isə yaz sessiyasının son iki – 11 və 12-ci iclası keçirilib.

30 may tarixli iclasda 25 məsələ, 31 may tarixli iclasda isə cəmi bir məsələ – 2018-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsi müzakirə edilib.

Qeyd edək ki, dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsinin müzakirəsinə hökumət üzvləri də qatılıb və qanun layihəsi birinci oxunuşdan keçirilib.

Qanun layihəsinin ikinci və üçüncü oxunuşlarda müzakirəsi və qəbulu isə parlamentin iyun ayında keçiriləcək növbədənkənar sessiyasının plenar iclaslarında baş tutacaq.

Onu da qeyd edək ki, yaz sessiyasında “Ümumi təhsil haqqında” qanun layihəsi üçüncü oxunuşda və bütövlükdə qəbul edilib.

Həmçinin, ölkə prezidenti tərəfindən imzalanaraq, hüquqi qüvvəyə minib.

Bununla yanaşı, yaz sessiyasında iki yeni qanun layihəsi “Standartlaşdırma” və “Texniki tənzimləmə” haqqında qanun layihələri hər üç oxunuşda və bütövlükdə qəbul edilib.

Eyni zamanda, yaz sessiyasında “Ali təhsil haqqında” yeni qanun layihəsinin hazırlanması və 2019-cu ilin payız sessiyasında ilkin müzakirələrə çıxarılması qərara alınıb.

Yaz sessiyasında Vergi, Cinayət, Cinayət-Prosessual, İnzibati Xətalar, Əmək, Ailə, Miqrasiya, Torpaq, Meşə, Su Məcəlləsinə və Mülki Məcəlləyə, o cümlədən, “Dövlət rüsumu haqqında”, “Təhsil haqqında” və digər qanunlara vacib və əhəmiyyətli dəyişikliklər edilib.

Yaz sessiyasında həmçinin “Aqrar sığorta haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb və birinci oxunuşda qəbul edilib.

Üç dövlət qurumu – Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən birgə hazırlanan qanun layihəsi bugünlərdə parlamentin müvafiq komitələrinin ikinci oxunuşunun müzakirələrindən keçirilərək, növbədənkənar sessiyanın plenar iclasına tövsiyə olunub.

Yaz sessiyasında müzakirəsi gözlənilən “Turizm haqqında”, “Aşıq sənəti haqqında” və “Muğam sənətinin qorunub, saxlanılması və inkişaf etdirilməsi haqqında”, “Optika və optikaçılıq haqqında” yeni qanun layihələri isə yenidən təxirə salınıb.

Eyni zamanda, “Banklar haqqında” qanuna edilməsi gözlənilən dəyişikliklər layihəsi iki dəfə yaz sessiyasının plenar iclaslarının gündəliyinə salınsa da, son anda gündəlikdən çıxarılıblar.

Belə ki, Hesablama Palatasına Nəzarət Palatası tərəfindən qanuna təklif edilən və əlavə səlahiyyətləri (bank fazlərinin həddinin müəyyənləşdirilməsi) nəzərdə tutan qanun layihəsi Mərkəzi Bankın etirazları səbəbindən müzakirələrdən çıxarılıb.

Yaz sessiyasında daha bir yeni qanun layihəsi ilkin variantda müzakirələrdən keçirilib.

Belə ki, MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin mayın 23-də keçirilən iclasında “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun layihəsi müzakirə olunub və onun təkmilləşdirilərək, ictimai müzakirələrə, sonda isə plenar iclaslara tövsiyə olunması qərara alınıb.

Source: Oxu.az

Son xəbərlər

Indir 2025 05 13t134323.988

Putin İstanbula getmədi

13 May 2025
Images (87)

Gürcüstan Parlament “MEGOBARI Aktı”na cavab bəyanatı hazırlayıb

13 May 2025
Images (86)

MÜTDA: “Son zəng”lə bağlı məktəblərə bildirişdər göndərilib

13 May 2025
Indir 2025 05 13t131813.193

4-6-cı sinif şagirdləri üçün monitorinq imtahanı olacaq

13 May 2025
Indir 2025 05 13t131319.699

İyunda müəllimlərin növbəti sertifikasiya imtahanı keçiriləcək

13 May 2025
Logo footer ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.