Milli Məclisin Elm və təhsil komitəsinin yaz sessiyasının iş planına “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması məsələsi daxil edilib.
“Qərb Xəbər” xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.
O bildirib ki, fevralın sonu – martın əvvəlində komitənin genişləndirilmiş iclası keçiriləcək: “İclasa Elm və Təhsil Nazirliyinin əməkdaşları da dəvət olunacaq. Nəzərdə tutulub ki, bu sessiya müddətində “Ali təhsil haqqında” qanun layihəsi I oxunuşda parlamentin plenar iclasına tövsiyə olunsun”.