Azərbaycanda əhalinin istehlak etdiyi qida məhsulları sırasında ən üstün yeri süd və süd məhsulları tutur.
2018-ci ildə ölkədə bir nəfərin istehlak etdiyi süd və süd məhsullarının çəkisi 240,2 kq olub. Bu göstərici 2017-ci ildə 238,1 kq, 2016-cı ildə 236,2 kq olub.
Ötən müddətdə əhalinin istehlak etdiyi tərəvəz məhsulları və meyvələrin çəkisində də artım olub.
2016-cı ildə bir nəfərin istehlak etdiyi tərəvəzin çəkisi 105,1 kq, 2017-ci ildə 104,1 kq, 2018-ci ildə 112,8 kq olub.
Meyvə və gilmeyvəyə gəldikdə, 2016-cı ildə bir nəfərin il ərzində istehlak etdiyi meyvə və gilmeyvələrin çəkisi 70,4 kq, 2017-ci ildə 71,2 kq, 2018-ci ildə 73,4 kq olub.
Həmçinin, ötən müddətdə ət və ət məhsullarının istehlakı da çoxalıb.
2016-cı ildə 1 nəfərin istehlak etdiyi ət və ət məhsullarının çəkisi 35,5 kq, 2017-ci ildə 37,4 kq, 2018-ci ildə 39,8 kq olub.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hələ bir necə il əvvəl apardığı sorğu nəticəsində ölkədə meyvə-tərəvəzin bol olmasına baxmayaraq, əhalinin bu ərzaq növündən az istifadə etdiyi müəyyən edilib.