Birləşmiş Ştatlar Ukraynanın qələbəsinə, Rusiya Federasiyasının başladığı müharibədə məğlub olmasına çalışır.
Bunu Dövlət Departamentinin sözçüsü Metyu Miller mayın 20-də brifinqdə deyib.
“Biz prinsipial olaraq Ukraynanın bu müharibədə qalib gəlməsini istəyirik və bunu açıq şəkildə bildirmişik, xüsusən də milyardlarla dollar ayırmaqla”, – Miller vurğulayıb.