“Azərbaycan koronavirusun yeni dalğasının başlanğıcındadır”.
“Qərb Xəbər” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
Məsələ ilə bağlı “Qərb Xəbər”ə danışan infeksionist-hepatoloq Mərdan Əliyevin sözlərinə görə, yoluxma sayında artım müşahidə edilir:“Yoluxma peyvənd olunan şəxslərdə vaxt keçdikcə immun sisteminin zəifləməsi xəstəliyə qarşı həsaslığın artması ilə bağlıdır. Belə olan halda isə yoluxma artmağa başlayır. Yoluxma sayının artmasına səbəb isə insanlar qapalı məkanlarda və sıx yerlərdə maskadan istifadə etməməsidir”.
Mərdan Əliyev qeyd edib ki, Dövlət tərəfindən birdən-birə maskaların məcbur istifadəsi və digər karantin qaydalarının götürülməsi virusun artmasına şərait yaratdı:”artmanın olması həmdə bunu göstrir ki, insanlar toplu şəkildə gigeyink tədbirləri gözdəmirlər. Buda yoluxma sayının artmasına səbəb olur”.
Bundan başqa infeksionist qeyd edib ki, bu dalğanı yeni dalğa adlandırırlar, amma bu sadəcə olaraq yeni bir artmadır. Bu dalğa uzun müddətli olmayacaq.Bu daha yüngül keçəçək amma təbii ki, artımın olması qaçılmaz olacaq.
Ülviyyə Həsənli.
Qərb Xəbər.