Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarının ölkəmiz üçün heç bir əhəmiyyəti yoxdur.
“Qərb Xəbər” bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Haaqa Məhkəməsinin Putin və Mariya Lvova-Belova barəsində həbs qərarı çıxarması ilə bağlı bildirib.
“Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarının ölkəmiz üçün, o cümlədən hüquqi nöqteyi-nəzərdən heç bir əhəmiyyəti yoxdur… Rusiya bu qurumla əməkdaşlıq etmir və beynəlxalq məhkəmədən gələn mümkün həbs “reseptləri” bizim üçün hüquqi cəhətdən etibarsız olacaq”, – Zaxarova bildirib.