Fransa Prezidenti Emmanuel Makron Avropa liderlərinin Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra yeni addımlar atacağını açıqlayıb.
Qerbxeber.com bildirir ki,bu barədə Toplum TV BBC-yə istinadən məlumat yayıb.Həmçinin, Fransa lideri açıqlamasında müharibədə Rusiya üzərində qələbəyə nail olmaq üçün Ukraynaya Qərb quru qoşunalarının göndərilməsinin istisna olmadığını deyib.
“Bu gün quru qoşunlarının göndərilməsi ilə bağlı konsensus yoxdur, lakin heç nəyi istisna etmək olmaz. Rusiyanın bu müharibədə qalib gəlməsinin qarşısını almaq üçün biz əlimizdən gələni edəcəyik. Əminik ki, Rusiyanın məğlubiyyəti Avropada təhlükəsizlik və sabitlik üçün zəruridir”, – Makron çıxışında bildirib.
Fransa lideri həmçinin vurğulayıb ki, Kiyevi hərbi texnika və sursatla təmin etmək üçün üçüncü ölkələrin cəlb edilməsi imkanlarını araşdırmaq niyyətindədirlər.
“Ukraynaya döyüş sursatının tədarükü prioritet məsələdir. Biz ehtiyatlarımızdan maksimum istifadə etmək niyyətindəyik. Həmçinin sursat tədarükü ilə məşğul ola biləcək üçüncü ölkələrin siyahısını da hazırlayacağıq”, – deyə o bildirib.