Dövlət İmtahan Mərkəzi (DİM) 2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat başa çatıb.
“Qərb Xəbər”in xəbərinə görə, bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, Azərbaycan bölməsi üzrə 19372, rus bölməsi üzrə 1731 nəfər olmaqlar cəmi – 21103 nəfər ərizəsini təsdiq edib.
2-ci cəhd imtahanına qeydiyyatdan keçənlərin sayı isə Azərbaycan bölməsi üzrə 13760, rus bölməsi üzrə 1079 nəfər olmaqla cəmi – 14839 nəfər olub.