Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Məleykə Abbaszadə: Subbakalavrların bilik səviyyəsi ali məktəbləri razı salmır

3 həftə ago
A A
meleyke-abbaszade

“Subbakalavrların bilik səviyyəsi və tədrisə münasibəti ali məktəbləri razı salmır”.

Bunu müsahibəsində Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, rektorlar şikayət edirlər ki, onlar birinci kursda tədris mühitini pozurlar:

 

“Onlar çox zaman qəbul olunurlar, sonra gəlib deyirlər: “Mən işləyirəm, dərsə gələ bilməyəcəyəm”. “Adım getsin, sonra da diplom alım”. Belə bir şey yolverilməzdir. Əgər subbakalavr məsuliyyətlidirsə, ali təhsil almaq istəyirsə, bilirsə ki, işləməlidir, gərək ixtisası seçəndə yalnız qiyabi yerləri yazsın. Bəzi ali məktəblər ümumiyyətlə subbakalavrların qəbulundan imtina etmək istəyirlər, çünki onlar yaxşı oxumurlar, tədris mühitini pozurlar.

Əslində bu, mütərəqqi bir addımdır, axı orta ixtisas məktəbində gənclər bir neçə il ərzində müəyyən bir ixtisasa yiyələnirlər, sonra isə qəbul imtahanı vermədən ali məktəbdə öz ixtisasları üzrə daha yüksək təhsil almaq imkanı qazanırlar”.

DİM sədri qeyd edib ki, problem qaydalarda deyil, bəzi ali və orta ixtisas təhsili müəssisələrində tədris prosesinin kifayət qədər səmərəli qurulmamasındadır:

“Təhsil müəssisəsinin reytinqi təkcə tələbə kontingentinin sayı ilə deyil, ilk növbədə tədris prosesinin keyfiyyəti ilə qazanılır. Artıq bəzi ali məktəblər subbakalavrlara xüsusi diqqət göstərir, bu kontingent üçün tədris prosesini daha səmərəli qurmağa çalışırlar. Son illər bir çox orta ixtisas təhsili müəssisələrinin ali məktəblərin nəzdində fəaliyyət göstərməyə başlaması da məncə, orta ixtisas təhsili müəssisələrində tədrisin səmərəli qurulmasına imkan verəcək, bu sahədə vəziyyətin tezliklə yaxşılaşmasına kömək edəcək”.

Son xəbərlər

mq2

Qazaxda qədim nağara musiqi alətini hazırlayan və yaşadan ailə

25 Mart 2023
iran ordu

“Tehran Ermənistana ordusunu yerləşdirmək fikrindədir” – Ekspert

25 Mart 2023
sərhəd

Qazaxda sərhədi pozanlar saxlanılıb

25 Mart 2023
FotoJet (16) (2)

Şəmkir sakini: “Evin bütün mebelləri, divarları silkələndi” – Video

25 Mart 2023
f224f425-d5d1-3d12-9693-e5d9ac809fed_850

“Qarabağ” – “Qalatasaray” matçı ilə bağlı Bakı metropoliteni iş rejimində dəyişikliklər edəcək

25 Mart 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.