Ermənistanın Azərbaycana qarşı iddiası çərçivəsində apreldə BMT-nin Beynəlxalq Məhkəməsində dinləmələr keçiriləcək.
Qerbxeber.com xəbər verir ki, bu barədə erməni mediasına açıqlamasında Ermənistanın beynəlxalq məhkəmələrdəki nümayəndəsi Yegişe Kirakosyan deyib.
O bildirib ki, Ermənistandan əvvəl Azərbaycanın iddiasına baxılacaq. Hər iki müzakirə aprelin 15-dən 26-dək keçiriləcək.
Onun sözlərinə görə, Ermənistan BMT məhkəməsinə Azərbaycanın “kütləvi pozuntularına dair” yeni sübutlar təqdim edib.
O qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı 4 iddiasına baxılır.
“1) 44 günlük müharibə və döyüşlər zamanı törədilən qanun pozuntuları; 2) Azərbaycanda ermənilərə qarşı keçirilən qanunsuz məhkəmələr; 3) Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın suveren ərazisində qanunsuz mövcudluğu; 4) Qarabağda 2022-ci ilin martından baş verən hadisələr: Bunlara qazın verilməsinin dayandırılması, Fərrux kəndi yaxınlığında gedən döyüşlər, Laçın dəhlizinin bağlanması və 2023-cü ilin sentyabrında Dağlıq Qarabağ ermənilərinin “məcburi” köçürülməsinə səbəb olan faciəvi hadisələr daxildir”.