Son Xəbərlər
<span class="qxh-important"><span class="qxh-updating">YENİLƏNİR</span> Dünyanın ən dəyərli komandalarının siyahısı açıqlanıb</span> Lavrov Rubio ilə ABŞ və Rusiya arasındakı razılaşmaların həyata keçirilməsini müzakirə edib “Atletik” – “Qarabağ” oyununu idarə edəcək hakim müəyyənləşib Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanda dövlət səfərindədir Zelenski: Rusiyanın müharibədən qalib çıxmasına imkan verməyəcəyik Ərdoğan ŞKTR-nın yeni seçilmiş Prezidentini təbrik edib Ermənilər II Qaraginin müdafiəsinə qalxdılar Tramp: Rusiya-Ukrayna müharibəsi Kiyevin ərazi itkisi ilə başa çatacaq Mirzoyandan Türkiyə ilə bağlı açıqlama Rumıniya XİN-dən Azərbaycanla bağlı açıqlama <span class="qxh-important"><span class="qxh-updating">YENİLƏNİR</span> Dünyanın ən dəyərli komandalarının siyahısı açıqlanıb</span> Lavrov Rubio ilə ABŞ və Rusiya arasındakı razılaşmaların həyata keçirilməsini müzakirə edib “Atletik” – “Qarabağ” oyununu idarə edəcək hakim müəyyənləşib Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanda dövlət səfərindədir Zelenski: Rusiyanın müharibədən qalib çıxmasına imkan verməyəcəyik Ərdoğan ŞKTR-nın yeni seçilmiş Prezidentini təbrik edib Ermənilər II Qaraginin müdafiəsinə qalxdılar Tramp: Rusiya-Ukrayna müharibəsi Kiyevin ərazi itkisi ilə başa çatacaq Mirzoyandan Türkiyə ilə bağlı açıqlama Rumıniya XİN-dən Azərbaycanla bağlı açıqlama
Dünya

Məhkəmə USAID-in ləğvi prosesinin davam etdirilməsinə müvəqqəti qadağa qoyub

19 mart / 13:49 2 dəq
Dd89b925 D31a 3162 82c1 703837c263d4 850
19 mart / 13:49
Burada sizin reklamınız ola bilər

ABŞ-nin Merilend ştatının federal hakimi Teodor Çuanq iş adamı İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyinin Artırılması Agentliyinə (DOGE) ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ləğvi prosesini davam etdirməyi müvəqqəti olaraq qadağan edib.

Qerbxeber.com TASS-a istinadən xəbər verir ki, bu barədə “The Washington Post” (WP) qəzeti məhkəmə qərarına əsaslanaraq məlumat yayıb.

Bildirilib ki, məhkəmə təhlükəli regionlarda işləyənlər də daxil olmaqla, minlərlə USAID əməkdaşının elektron poçt və sistemlərə girişini bərpa etməyi, həmçinin agentliyin rəhbərliyinin icazəsi olmadan onların şəxsi məlumatlarını açıqlamamağı DOGE-nin öhdəsinə qoyub. Məhkəmə qərara alıb ki, Maskın hərəkətləri hakimiyyətin bölünməsi prinsipini pozur, çünki yalnız ABŞ Konqresi USAID-i ləğv edə bilər.

Qərar State Democracy Defenders Fund-un agentliyin 20-dən çox işçisi adından qaldırdığı iddia əsasında qəbul edilib. İddiaya əsasən, Mask Senat tərəfindən təsdiqlənməsi tələb olunan səlahiyyətləri qanunsuz şəkildə öz üzərinə götürüb.

WP-nin məlumatına görə, fevral ayına qədər USAID-in 4765 işçisinin təxminən 90 %-i inzibati məzuniyyətə göndərilib, Ronald Reyqan binasındakı mənzil-qərargahı isə bağlanıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı