Azərbaycanda bir neçə məhbus məzuniyyətə buraxılıb.
“Qərb Xəbər”“Qafqazinfo”a istinadən xəbər verir ki, məhkumlara məzuniyyət verilməsi Penitensiar Xidmətdə ilk haldır.
Məlumatı Penitensiar Xidmətdən də saytımıza təsdiq ediblər.
Bildirilib ki, bundan başqa, yeni təyin olunmuş Xidmət rəisi Mirsaleh Seyidovun tapşırığı ilə çoxsaylı yeniliklər tətbiq olunub. Yeni çağrı mərkəzi yaradılıb, sosial şəbəkə hesabları istifadəyə verilib və təcridxanalarda və cəzaçəkmə müəsissələrində korrupsiya halları ilə mübarizə sərtləşdirilib.
R.Carçılı