“Azərbaycan Prezidenti İlham Əliyevlə enerji və Avropa İttifaqı-Azərbaycan münasibətlərinin vəziyyətini müzakirə etdik”.
“Qərb Xəbər” məlumat verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen “Twitter”də yazıb.
“İqtisadi əlaqələrimizi gücləndirək, insanları bir-birinə daha da yaxınlaşdıraq. Əlaqəlilik burada həlledici olacaq. Aİ Azərbaycanla işləmək, Mərkəzi Asiya və onun hüdudlarından kənarda əlaqələr qurmaq istəyir”, – o qeyd edib.