Ukrayna danışıqlara başlamazdan əvvəl Rusiyanın hansı şərtləri ilə razılaşacağına qərar verməlidir.
Qerbxeber.com xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Lloyd Ostin deyib.
“Bunun nə vaxt baş verəcəyi Ukraynanın özündən asılıdır. Kiyev nə ilə razılaşmaq və ya razılaşmamaq barədə qərarı özü verməlidir”, – Pentaqon rəhbəri vurğulayıb.