Dünya

Litva lideri Belarusla sərhədin tamamilə bağlanacağını istisna etməyib

3 avqust / 15:06 1 dəq
64cb881fcaa6164cb881fcaa62169106025564cb881fcaa5c64cb881fcaa5f
3 avqust / 15:06
Burada sizin reklamınız ola bilər

Litva Prezidenti Gitanas Nauseda “Vaqner” özəl hərbi şirkətinin Belarusda yerləşməsi ilə bağlı bu ölkə ilə sərhədin tamamilə bağlanacağını istisna etməyib.

“Qərb Xəbər”xəbər verir ki, bu barədə Litva Prezidenti Polşanın Baş naziri Mateuş Moravetski ilə Suvalki Tank Alayına birgə səfərindən sonra keçirdiyi mətbuat konfransında bildirib.

 

O qeyd edib ki, bu proses Polşa və Latviya ilə razılaşdırılaraq baş verməlidir.

Xatırladaq ki, bir müddət əvvəl Polşa rəsmiləri də Belarusun tam təcrid olunmasının mümkünlüyünü açıqlamışdı. Polşanın hökumət başçısı Moravetskinin sözlərinə görə, hazırda Belarus ərazisində 4000 də daha artıq vaqnerçi ola bilər.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı