Çempiolar Liqasının II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq “Qarabağ”ın ilk oyununun vaxtı müəyyənləşib.
Qerbxeber.com xəbər verir ki, Azərbaycan çempionu iyulun 23-də “Linkoln”un qonağı olacaq.
Cəbəllütariqin “Europe Point” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Qeyd edək ki, cavab matçı iyulun 30-da Bakıda keçiriləcək.