Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistan liderlərinin oktyabr ayında Kazanda keçiriləcək BRİKS sammitində görüşünün planlaşdırılması ehtimalına münasibət bildirib.
Qerbxeber.com xəbər verir ki, BMT Baş Asambleyasının 79-cu sessiyasının yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Rusiya XİN başçısı bildirib ki, BRİKS sammiti çərçivəsində İlham Əliyev və Nikol Paşinyan arasında görüşün keçirilib-keçirilməməsi barədə qərar özlərinin olacaq.
“Necə deyərlər, “Bu, onların öz ixtiyarındadır”. Əgər görüşmək istəsələr, biz hər zaman iştirakımızla razılaşdığımız şeyi həyata keçirməyə hazırıq”, – deyə Lavrov vurğulayıb.