Ukrayna müharibədə qalib gəlməli, Rusiya isə məğlub olmalıdır.
Qerbxeber.com xəbər verir ki, bu sözləri Latviya Prezidenti Edqars Rinkeviç X səhifəsində yazıb.
O, “Qərb Rusiyaya qalib gəlməyə imkan verməməlidir” deyən Fransa Prezidenti Emmanuel Makrona dəstəyini ifadə edib.
“Makronu tam dəstəkləyirəm. Biz özümüz üçün deyil, Rusiya üçün qırmızı xətlər çəkməliyik. Ukrayna qalib olmalı, Rusiya məğlubiyyətə uğramalıdır”, – deyə Rinkeviç bildirib.
Prezident həmçinin latın dilindəki “Carthago delenda est” (Karfagen məhv edilməlidir) ifadəsini xatırladaraq, “Russia delenda est” (Rusiya məhv edilməlidir) yazıb.