Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində – Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.
“Qərb Xəbər” APA- nın Şuşa şəhərinə ezam olunan müxbirinə istinadən xəbər verir ki, aksiya gecə boyu davam edib.
Havanın şaxtalı olması və qar yağması aksiyanın gedişatına mənfi təsir göstərə bilməyib.
Ekofəallar aksiyanın 54-cü günündə də RSK-ya məxsus avtomobillərin gediş-gəlişinə maneə törətməyib.
Səhər saatlarında RSK-ya məxsus bir minik, 2 təchizat maşını aksiya keçirilən ərazidən maneəsiz keçid edib.
Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.