Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində – Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.
“Qərb Xəbər” APA-ya istinadən xəbər verir ki, hava şəraitinin duman və çiskinli olmasına baxmayaraq, ictimai fəallar aksiyanı gecəboyu da davam etdiriblər.
Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb, 128 gündür davam edir.