Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın şəhərinə növbəti köç karvanı yola salınıb.
“Qərb Xəbər” məlumat verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yanvarın 30-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 23 ailə – 72 nəfər köçürülüb.
Xatırladaq ki, indiyədək Laçın şəhərində 1627 nəfər olmaqla, 431 ailənin daimi məskunlaşması təmin edilib.
APA