Prezident sefer
Prezident Əliyev Albanyaya işgüzar səfərə gedib
Kocharyan
Ermənistan parlamentində dava- Sənin baban Türkdür!
Imtahan
Müəllimlərin sertifikasiya imtahanlarının CƏDVƏLİ
Imtahan
Mayın 25-də II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək
Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Küdrünün məhv olmuş təbiəti

10 ay ago
A A
Whatsapp image 2024 07 22 at 16.48.15 720x642

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və Araz çaylarının arasında,  İmişli və Beyləqan rayonlarında yerləşir. Muğan düzü isə Araz çayının sağ sahilində olmaqla Mil düzü ilə müqayisədə daha böyükdür. O Sabirabad, Saatlı, Biləsuvar, Cəlilabad, Şirvan və Salyan rayonlarını əhatə edir. Yerli əhalinin Küdri adlandırdığı bu çöllüklər yayı quraq keçən yarım səhra və quru çöl iqlimlidir. Əsasını boz və şoran torpaqlar təşkil etsə də, şirin sulu Sarısu, Hacıqabul, Ağgöl və Mahmudçala gölləri bu torpaqlarda yer alır. Küdri düzənliklərinin relyefi hamardır. Ucsuz-bucaqsız, suvarılmayan şoran torpaqların bitki örtüyü də yarımsəhra tiplidir. Kilometrlərlə uzanan saksaul kolluqları tez-tez yulğun topalıqları ilə əvəzlənir. Ərazidə ən çox bitən bitkilətdən olan dəvəayağı bitkisi çiçəkləyən zaman çöllüyə əsrarəngiz gözəllik verir. Nisbətən sulu qobularda isə biyan və acıyovşan sıxlıq təşkil edir.

Əvvəllər Mil-Muğan çöllüklərindən yalnız heyvandarlıq, xüsusən də qışlama məqsədi ilə istifadə olunurdu. Bitki örtüyü qışı mülayim keçdiyi üçün, demək olur ki,  soyuq fəsillərdə də həm yarımsəhranın vəhşi heyvanlarını, həm də ev heyvanlarını yemləməyə şərait yaradırdı.

Sovetlər dönəmində  Küdri çöllərinin relyefi dərindən öyrənildi, landşaftı araşdırıldı. Müxtəlif dövlət proqramları təsdiqləndi. Aqrar layihələrin həyata keçirilməsinə başlanğıc verildi. Beləliklə, böyük çöllərin insan müdaxiləsinə məruz qalan istismar dövrü başladı. Bu Küdrinin fəth olunması demək idi.

Küdri gözəli…

Biosistemdə bütün proseslər zəncirvari xarakter daşıyır. Aran çölləri biomüxtəlifliyin məskəni hesab edilir. Düzlərdə saksaul kolluqlarının sıxlıq təşkil etdiyi torpaqlarda ceyranlar kiçik dəstələrlə yaşayırdı. XX əsrin 40-cı illərinə kimi Mil düzündə tez-tez rast gəlinən bu canlıların sayı 1960-cı illərə qədər kəskin azalmağa başlayıb. Hal-hazırda isə bu ərazilərdə ceyran yaşamır.

Bəs məşhur şeirdə tərif olunduğu kimi “yerdən ayağını quş kimi üzən, yay kimi dartılıb, ox kimi süzən” “Küdri gözəli”nin məhv olma səbəbləri nədir?

Səbəblərin birincisi qanunsuz ovçuluq-brokonyerlikdir. Məsuliyyətsiz vətəndaşların gülləsinə tuş gələn ceyranlar ovçular tərəfindən kütləvi ovlanaraq, həm əti, həm dərisi baha qiymətə satılırdı. Mərkəzi Aranın Mil düzündə yerləşən İmişli rayonunda bu heyvanların dəstə halında görünməsi ən son 1955-ci ildə qeydə alınıb.

Digər əsaslı səbəb bu nadir incilərin arealının kiçilməsi, yəni çöl torpaqlarının əkin yerlərinə çevrilməsidir. 1950-ci illərdən etibarən yüz hektarlarla ərazi dövlət hesabına keçirilir, süni suvarma sistemi qurulur, şoran torpaqların yuyulması üçün kollektor-drenaj sistemi çəkilib quraşdırılır, iri texnikalarla pambıq əkilir, dənli bitki sahələri salınırdı. Düzənlərin təbii bitki örtüyü məhvə məruz qalır, nəticədə fauna ölümə məhkum edilirdi. Xam çöllüklərin süni suvarma yolu ilə əkin sahələrinə çevrilməsi prosesi hal-hazırda da davam edir.

Ətraf mühitə qarşı həddindən artıq həssas olan bu zərif cütdırnaqlıların eşitmə və iy bilmə qabiliyyətləri yüksək dərəcədə inkişaf etmişdir. Çöllük şəraitində yaşayan sayqaklarla müqayisədə onlar yaşayış məskənlərinə müdaxiləni heç sevmirlər. Adətən yarımbağlı biotoplarda kol-kos, qamışlıq, yulğunluqda otlayıb gizlənən ceyranlar qida azlığı və kolluqların qırılması səbəbindən digər ərazilərə miqrasiya etməli olurlar. Beləcə, Küdri öz gözəlinə həsrət qaldı.

Çöldə daha turac ötmür…

Mil-Muğan düzlərinin bitki örtüyünün bir qismini yerli əhalinin süpürgə adlandırdığı dəvəayağı kolluqları örtür. Kolların arasında turac quşlarının yaşaması, artıb-çoxalması üçün münbit mühit var. Çöllüklərə düşünülməmiş müdaxilənin acı nəticələri bu quşlardan da yan ötməyib. Belə ki, 1947-1950-ci illərdə Kür-Araz ovalığında 600 min fərd, 1958-1962-ci illərdə 100 min fərd, 1992-ci ildə isə cəmi 4 min fərd qeydə alınıb. Son illər bu rəqəm kəskin azalmasa da, hər halda qeydə alınan artım sevindirici deyil. Nadir oturaq növ olan Turac quşu öz arealını çox sevir. Onlara hər yerdə, hətta əkin sahələrinin kənarlarında, pambıq tarlalarında belə rast gəlmək olur.

Təəssüf ki, Aran çöllüklərində onların yaşaması üçün təbii şərait ildən-ilə azalmaqdadır. Bu quşların ən çox daldalandığı süpürgə kolluqları əkinə çevrilməsə belə, yaxınlıqdakı fermaların heyvanlarına otarılır. Bu halda quş yuvaları mal-qaranın tapdağı altında qalaraq məhv olur. Düzənlərin bu dekorativ bitkisi yerlilər tərəfindən qırılaraq süpürgə düzəltmək məqsədi ilə toplanır. Açıq talaya çevrilən ərazilərdə fərdlərin yuvaqoyma ehtimalı mümkün deyil.

Brokonyerlər isə öz əvvəlki amplualarında qalmaqadadırlar. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının mütəmadi apardıqları monitorinqlər onların çirkin niyyətlərinə qismən mane olur. Son zamanların göstəriciləri deməyə əsas verir ki, qanunsuz ovçular Mil-Muğan düzündə hər il 700-800 fərdi məhv edir.

Turacların digər oylağı acıyovşan və şirinbiyan bitkilərinin sıxlıq təşkil etdiyi zolaqlardır. Biyan çöllük yarımkol bitkisidir. Güclü kök sisteminə malikdir. Hündürlüyü 60-80 sm, bəzən isə 100 sm-ə çatır. Əsas kökləri torpağın 2-7 m dərinliyinə qədər gedə bilir. Mil-Muğan ərazilərində bəzən cəngəllikləri xatırladan bu biotop turacların ən çox yuva saldığı yerlərdəndir. Ancaq Küdrinin qızıl qədər qiymətli “qırmızı mədəni” özü məhvə məruz qaldığı halda bu quşlara necə ev sahibliyi edə bilər?

Belə ki, bu bitkinin kökündən biyan kökü məhsulları hazırlamaq üçün istifadə olunur. Köklər qiymətli xammal olduğu üçün çıxarılır, toplanır və şirkətlərə satılır. Saatlı rayonunda 2008-ci ildən fəaliyət göstərən “Biyan məhsulları zavodu”nun özünə məxsus 5.4837  hektar ərazisi bu məqsədlə istifadə olunur. Köklərin xammal kimi alış tonu 150 manata həyata keçirilir. Ona görə də əhali arasından bu işlə məşğul olan insanlar fəaliyyət göstərir, biyan kökü tədarük edir və şirkətlərə satırlar.

Beləliklə bilmədən, şüursuz şəkildə qazanc arzusu təbiətə, onun qiymətli parçalarına ağır zərbələr vurur. Nəticədə ceyransız, turacsız, biyansız, süpürgəsiz, canavarsız, vaşaqsız, çölpişiysiz qalan kədərli Küdri mənzərəsi yaranır.

 

Elmira Əhmədova
Araz Humanitar Tədqiqatlar İB

Son xəbərlər

Ff5b9d50 1bd0 4fa0 a7d8 aa3c560fb4d3

Mahir Emreli het-trik edib

18 May 2025
1695990176 hikmethaciyev2 620x403

Hikmət Hacıyev: Cənubi Qafqazda de-fakto sülh var

18 May 2025
5935a4ba beb3 3dc9 90d3 f94cdd459ea5 850

Azərbaycanda “Araz – 2025” birgə təlimi başladı – VİDEO

18 May 2025
Indir 2025 05 18t112843.025

Polşada prezident seçkilərinə səs vermə başlayıb

18 May 2025
68296a211f5d868296a211f5d9174754460968296a211f5d668296a211f5d7

Rumıniyada prezident seçkilərinin ikinci turunda səsvermə başlayıb

18 May 2025
Logo footer ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.