Ukraynanın Rusiyanın ilhaq etdiyi Krım bölgəsində yaşayan türklərinin lideri və Ukrayna Ali Radasının deputatı Mustafa Kırımoğlu Türkiyədə səfərdədir.
“Qərb Xəbər” xəbər verir ki, o, Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
Nazir tviterdə etdiyi paylaşımda çətin günlərdə Türkiyənin yanında olduqlarına görə bütün Krım türklərinə təşəkkürünü bildirib.
Qeyd edək ki, Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını qanunsuz şəkildə ilhaq edib.