“Rusiya Ukrayna ilə bağlı istənilən dialoqa açıqdır. Bunu Rusiya Prezidenti Vladimir Putin dəfələrlə bildirib”.
Qerbxeber.com xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna ilə dialoqun mümkünlüyü barədə danışarkən deyib.
“Prezident Putin dəfələrlə bildirib ki, Rusiya Federasiyası qarşımıza qoyduğumuz məqsədlərə nail olmaq üçün istənilən təmasa, istənilən dialoqa açıqdır. Biz bu açıqlığı qoruyuruq, prezident də bu barədə dəfələrlə danışıb”, – deyə Peskov Kremlin vasitəçilərlə danışıqları dəstəkləməyə hazır olub-olmadığı ilə bağlı suala cavab verib.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski “The Philadelphia Inquirer” nəşrinə müsahibəsində deyib ki, o, Moskva ilə danışıqların mümkün modelini taxıl sazişinə bənzər üçtərəfli saziş formatında görür.
Xatırladaq ki, taxıl sazişi formatında danışıqlarda vasitəçi qismində BMT və Türkiyə iştirak edib.