Günəşin səthində 10 aktiv ləkə qrupu müşahidə olunur.
Bu barədə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən kosmik hava proqnozunda qeyd edilib.
Bildirilib ki, aktiv ləkələrin sayı 140-dır.
Qeyd edilib ki, hesabat dövründə Günəş küləyinin parametrləri normal səviyyədə olub. Günəş küləyinin sürəti 390.8 km/san olub.
Vurğulanıb ki, geomaqnit sahə son 3 sutka ərzində sakit-aktiv səviyyələr arasında olub. Hal-hazırda geomaqnit sahə sakitdir.
16-18 fevralda Günəşdəki aktivliyin artacağı gözlənilir.