Erməni separatçı-terrorçuların Qatrabağdan gedərkən silahları gizlətdiyi barədə iddialar təsdiqlənməkdədir.
“Qərb Xəbər” bildirir ki, qondarma və keçmiş “DQ”-in “müdafiə qüvvələrinin birinci komandanı” Arkadi Karapetyan da erməni mediasına müsahibəsində bunu dolayısı ilə etiraf edib.
O bildirib ki, silahlarını Azərbaycana təhvil verməyən, ancaq “Laçın” postundan keçirməyə qorxduqlarından, Ermənistana gətirməyən onlarla silahlı şəxs tanıyır.
Karapetyan “türkə (azərbaycanlılara – red.) qalmasın deyə” bəzi silahların məhv edildiyini də bildirib.
İ.Babayeva