Döyüş meydanındakı vəziyyət Ukrayna Silahlı Qüvvələri üçün hələ o dərəcədə pisləşməyib ki, Ukrayna danışıqlar masasına otursun.
Qerbxeber.com Axar.az-a istinadən xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer deyib.
Onun sözlərinə görə, Rusiya strateji uğur əldə etməyib.
O bildirib ki, mayın 16-sında Ukrayna komandanlığı NATO-nu döyüş meydanında yaranan ciddi vəziyyət barədə məlumatlandırıb.