Hərbi fazaya yüksələn Ukrayna-Rusiya gərginliyi artıq savaşa çevrilib.
“Qərb Xəbər” Kiyevdəki əməkdaşı məlumat verir ki, bu gün saat 05:45-də ümumi həyəcan elan edilib. Buna səbəb Rusiyanın Ukraynaya hücum etməsi göstərilir.
Kiyevdən bu gün saat 11:02-də bizə verilən məlumata görə, paytaxtda 20 partlayış eşidilib. Hökumət rəsmiləri əhalini Hava Hücumundan Müdafiə sığınacaqlarına yönləndiriblər. Yaşanan panika insanları narahat etməyə başlayıb.
Artıq Kramatorsk, Mariapol, Odessa, Nikolaev kimi şəhərləriə, Lvov bölgəsində silahlı qarşıdurmalar yaşanır. Tərəflər bir-birinə bombalarla və top atışları ilə hücumlar edirlər.
Aeroportlar bağlıdır.
Xüsusi olaraq Kiyevdən,
Olesia Kuçina