Rusiya Kiyev yaxınlığındakı hava limanını ələ keçirib. Ukrayna Silahlı Qüvvələrinin bölmələri ağır döyüşlərdən sonra ona nəzarəti itirib. Bu barədə prezident administrasiyasından məlumat verilib.
Prezident aparatı rəhbərinin müşaviri Mixail Podolyak mediaya şərhində bildirib ki, Silahlı Qüvvələrin bölmələri şiddətli döyüşlərdən sonra hava limanına nəzarəti itirib.
Bundan əvvəl KİV-lər Rusiya qoşunlarının Antonov ərazisinə daxil olması barədə məlumat yayıb.