Kiyevə gecə raket hücumu nəticəsində 53 nəfər yaralanıb.
“Qərb Xəbər” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko deyib.
Onlardan ikisi uşaq olmaqla 20 nəfər xəstəxanaya yerləşdirilib. Həkimlər 33 yaralıya yerindəcə tibbi yardım göstəriblər.